Süleymanlı Rəsul Kamil
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Süleymanlı Rəsul Kamil

Ata adı: Kamil

🐣
Doğum — Zaqatala
🕊️
Şəhadət — Tərtər
📍
Dəfn Olunduğu Yer Zaqatala Rayon qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Tərtər

Təltif Edildiyi Orden və Medallar

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
Laçının azad olunmasına görə medalı

Laçının azad olunmasına görə medalı

Laçının azad olunmasına görə
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Rəsul Süleymanlı 2002-ci il yanvarın 19-da Zaqatala şəhərində anadan olub. 2008-2017-ci illərdə Zaqatala şəhər Humanitar Fənlər Gimnaziyasında təhsil alıb. Subay idi.
Rəsul Süleymanlı 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edirdi.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Rəsul Süleymanlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonu istiqamətində gedən döyüşlərdə snayperçi kimi iştirak edib. Rəsul Süleymanlı sentyabrın 27-də Tərtər rayonu istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Oktyabrın 25-də Zaqatala şəhərində torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəsul Süleymanlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəsul Süleymanlı ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin tarixli Sərəncamına əsasən Rəsul Süleymanlı ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Rəsul Süleymanlı  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Anasının qeyd etdiklərinə əsasən, istər qonşular, istər məktəb kollektivi, istərsə də qohumlar arasında böyük hörmətə malik idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Zaqatala rayon, Humanitar Fənlər Gimnaziyası
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Süleymanov Kamil Rəsul oğlu Ana: Süleymanova Günel Harun qızı Bacı: Süleymanlı Əsma Kamil qızı Bacı: Süleymanova Sümeyya Kamil qızı Qardaş: Süleymanov İsa Kamil oğlu Nənə: Qazilova Adiy Qazilov qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər