Süleymanov Abdulla Telman
Leytenant
🇦🇿 Azərbaycan Şəhidi

Süleymanov Abdulla Telman

Ata adı: Telman

🐣
Doğum — Bakı
🕊️
Şəhadət — Xızı Qaraheybət Aviasiya Poliqonu
📍
Dəfn Olunduğu Yer Bakı II Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Leytenant
Qoşun Növü Dövlət Sərhəd Xidməti
Xidmət Növü Həqiqi hərbi xidmət

Təltif Edildiyi Orden və Medallar

Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Abdulla Süleymanov 28 iyun 1999-cu ildə Bakı şəhərində anadan olmuşdur. Əslən Cəbrayıl rayonunun Çərəkən kəndindəndir. 2005-2016-ci illərdə M. Mehdizadə adına Cəbrayıl şəhər tam orta məktəbində təhsil almışdır.2016-2020 ci illərdə Dövlət Sərhəd Xidmətinin Akademiyasında ali təhsil almışdır. Subay idi.
Abdulla Süleymanov 2020-ci ildə akademiyanı aviasiya ixtisası üzrə bitirmiş və "leytenant" rütbəsində Səngəçal aerodromunda xidmətə başlamışdır.

Azərbaycan Ordusunun leytenantı olan Abdulla Süleymanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində pilot olaraq iştirak etmişdir. Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Müharibədən sonra xidmətini davam etdirmiş, iştirakına və hərbi xidmətində fərqlənməsinə görə medal və fəxri fərmanla təltif edilmişdir.

30 noyabr 2021-ci ildə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğramışdır. İlkin məlumatlara görə, helikopterin qəzaya uğraması nəticəsində 14 nəfər həlak olmuş, 2 nəfər isə yaralanmışdır. Abdulla Süleymanov hadisə zamanı şəhid olmuşdur. Onun və şəhid olan 13 zabitlə ertəsi gün Sərhədçi İdman Olimpiya Mərkəzində vida mərasimi keçirilmiş, Abdulla Süleymanov və onunla birgə 10 zabit II Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

Abdulla Süleymanov Azərbaycan Respublikasının Prezidentinin Sərəcamına əsasən “Vətən uğrunda” medalı ilə təltif edilib. 

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında və dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqları icra edərkən vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin  hərbi qulluqçusu Abdulla Süleymanov  ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Mərd, cəsur, vətənpərvər insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb M. Mehdizadə adına Cəbrayıl şəhər tam orta məktəb
Ali Təhsil Dövlət Sərhəd Xidmətinin Akademiyası
İş Yeri Dövlət Sərhəd Xidməti
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Süleymanov Telman Ana: Süeleymanova Samirə

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər