Üsuliddin -1- Hacı Mircəfər Əyyubov
Böyük Günahlar Kiçik Addımlarla Başlayır
Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Ata adı: Haqverdi
Azər Süleymanov 1982-ci il oktyabrın 26-da Sumqayıt şəhərində anadan olub.
Azərbaycan Ordusunun əsgəri olan Azər Süleymanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Azər Süleymanov oktyabrın 12-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Ramana qəsəbəsindəki qəbiristanlıqda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Süleymanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Süleymanov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Süleymanov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Azər Süleymanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Çox güclü idmançı olub, dəfələrlə Respublika birincisi olub, fəxri fərmanlarla təltif olunmuşdur. Qüsursuz xidmətə görə fəxri fərmanlarla təltif olunub. Lələtəpə döyüşlərində 27 erməni hərbiçisini və texnikasını məhv edib.
Ata: Süeymanov Haqverdi İnşallah oğlu Ana: Süleymanova Əfiqə Mərdan qızı Bacı: Əliyeva Arzu Haqverdi qızı Bacı: İsmayılova Sevinc Haqverdi qızı Həyat yoldaşı: Süleymanova Vüsalə Şikar qızı Qızı: Süleymanova Gülay Azər qızı Oğlu: Süleymanov Haqverdi Azər oğlu