Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Rafiq
Süleymanov Elmət Rafiq oğlu 2005-ci il yanvar ayının 11-də Gədəbəy rayonu Fərzalı kəndində anadan olmuşdur. Elmət Süleymanov orta təhsilini İsalı kənd tam orta məktəbində almışdır.
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Elmət Süleymanov 44 günlük Vətən Müharibəsində iştirak etmiş və “Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir.
Elmət Süleymanov Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 21 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xocavənd rayonu Qarakənd kəndi istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Elmət Süleymanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən "Vətən uğrunda” medalı və “Azərbaycan bayrağı” ordeni ilə təltif edilmişdir.
Mərd, cəsur, vətənpərvər insan idi.
Ata: Süleymanov Rafiq Qüvvət oğlu Ana: Balışova Gülbəniz Ərəb qızı Bacı: Süleymanova Şəfa Rafiq qızı Bacı: Süleymanova Ramilə Rafiq qızı Bacı: Süleymanlı Pünhan Rafiq qızı