Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Aydın
1998-ci il martın 30-da Bakı şəhərində anadan olmuşdur. 2004-cü ildə Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin 271 saylı tam orta məktəbinə daxil olub. 2015-ci ildə məktəbi başa vurub və Azərbaycan Universitetinin İnformatika Kommunikasiya Texnoloqiyasının riyaziyyat fakültəsinə daxil olub və 2019-cu ildə oranı bitirib və həmin ili Sabunçu rayonu Hərbi Komissarlığı tərəfindən hərbi xidməti göndərilib. Hərbi xidməti zamanı müharibə başlayıb və Tərtər istiqamətində döyüşərək qəhrəmancasına şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Süleymanov Mirsüleyman Aydın oğlu ölümündən sonra “Vətən uğrunda” , “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Mirsüleyman Süleymanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Mərd, qorxmaz, vətənpərvər insan idi.
Ata: Süleymanov Aydınağa Süleyman oğlu Ana: Süleymanova Mətanət Rafiq oğlu Bacı: Süleymanova Aytac Aydın qızı