Süleymanov Orxan Oruc
Gizir
🇦🇿 Azərbaycan Şəhidi

Süleymanov Orxan Oruc

Ata adı: Oruc

🐣
Doğum — Ağstafa Ağstafa rayonu, Saloğlu qəsəbəsi
🕊️
Şəhadət — Füzuli
📍
Dəfn Olunduğu Yer Ağstafa Saloğlu qəsəbə qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Gizir
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Cəbrayıl ⚔️ Füzuli

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi"  yubiley medalı

"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı

"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı
"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı

"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı

"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Orxan Süleymanov 1990-cı il iyulun  20-də Ağstafa rayonunun Saloğlu qəsəbəsində anadan olub. 1996–2007-ci illərdə A. Namazov adına Saloğlu qəsəbə tam orta məktəbində təhsil alıb. Hərbçi ailəsində böyüyən Orxan Süleymanov 2008–2010-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

2011-ci ilin oktyabr ayından 2012-ci ilin aprel ayına qədər Silahlı Qüvvələrin Təlim və Tədris mərkəzində gizirlik kursu keçib. Hərbi fəaliyətə Beyləqan rayonunda başlayıb. 2017-ci ildə Qusar rayonunda "N" saylı hərbi hissədə tağım komandirinin müavini vəzifəsini icra edib. Daha sonra Beyləqan rayonunda xidmətini davam etdirib. 

Azərbaycan Silahlı Qüvvələrinin giziri olan Orxan Süleymanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Füzulinin dörd kəndinin düşmən işğalından azad edilməsində böyük rolu olmuşdur. Orxan Süleymanov sentyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olub. Yaralanmasına baxmayaraq döyüş meydanını tərk etməmiş ağır yaralı döyüş yoldaşlarının döyüş meydanından təxliyyə edilməsinə yardım edən zaman düşmənin minamyot atəşi nəticəsində şəhidlik zirvəsinə ucalmışdır. Ağstafa rayonunun Saloğlu qəsəbəsində 30 oktyabr 2020-ci ildə dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Süleymanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Süleymanov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Orxan Süleymanov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi. 

05.11.2021-ci il tarixli Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən ölümündən sonra “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Orxan Süleymanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Vətənpərvər, mərd, cəsur, ailəcanlı insan olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb A.Namazov adına Saloğlu qəsəbə tam orta məktəbi
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Süleymanov Oruc Bəylər oğlu Ana: Abdullayeva Şəlalə Səhlal qızı Qardaşı: Süleymanov Sərxan Oruc oğlu Bacı: Süleymanova Tərminə Oruc qızı Həyat yoldaşı: Süleymanova Nuranə Əziz qızı Oğlu: Süleymanlı Zaur Orxan oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər