Üsuliddin -1- Hacı Mircəfər Əyyubov
Böyük Günahlar Kiçik Addımlarla Başlayır
Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Ata adı: Allahverdi
Rauf Süleymanov 1987-ci il mayın 29-da Neftçala rayonunun Abasallı kəndində anadan olub. 1994-2005-ci illərdə Abasallı kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. Bir qızı yadigar qaldı.
Rauf Süleymanov 2005-2007-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2007-ci ildən isə Daxili Qoşunların sıralarında xidmət edirdi.
Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Rauf Süleymanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rauf Süleymanov oktyabrın 5-də Füzuli döyüşləri zamanı şəhid olub. Neftçala rayonunun Abasallı kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rauf Süleymanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Rauf Süleymanov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Şəhid Rauf Süleymanova məxsus materiallar ailəsi tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fonduna təhvil verilmişdir.
Süleymanov Rauf olduqca sakit təbiətli insan idi. Sirr saxlamağı bacaran idi.
Ata: Süleymanov Allahverdi Abasət oğlu Ana: Süleymanova Sucahət Beydulla qızı Qardaş: Süleymanov Cavad Allahverdi oğlu Bacı: Bağırov Əfsanə Allahverdi qızı Həyat yoldaşı: Əmirxanova Natəvan Vaqif qızı