Süleymanov Tamerlan Xankişi
Кiçik gizir
🇦🇿 Azərbaycan Şəhidi

Süleymanov Tamerlan Xankişi

Ata adı: Xankişi

🐣
Doğum — Lerik Tikəband kəndi
🕊️
Şəhadət — Füzuli
📍
Dəfn Olunduğu Yer Bakı Binə qəsəbəsi, Şəhidlər xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Кiçik gizir
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Şuşa ⚔️ Füzuli ⚔️ Cəbrayıl

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Tamerlan Süleymanov 1992-ci il martın 1-də Lerik rayonunun Tikəband kəndində anadan olub.

Azərbaycan Ordusunun kiçik giziri olan Tamerlan Süleymanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tamerlan Süleymanov sentyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olub. Binə Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tamerlan Süleymanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Tamerlan Süleymanov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Tamerlan Süleymanov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Tamerlan Süleymanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Sakit ,mehriban, gülərüz, xoşrəftar, vətənpərvər bir gənc olub. Orta məktəbi müvəffəq qiymətlərlə başa vurub. Orta məktəbi bitirəndən sonra hərbi xidmətə yollanır. Xidmət dövründə özünü nümunəvi əsgər kimi göstərir. Dəfələrlə tərifnamələrə layiq görülür. Vətən Müharibəsi başlananda ön sıralarda olur. Qəhrəmancasına vuruşur.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Lerik rayonu, Tikəband kənd tam orta məktəbi
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Süleymanov Xankişi Mənsim oğlu Ana: Hümmətova Şahnaz Ramazan qızı Həyat yoldaşı: Süleymanova Aynurə Nurəddin qızı Qardaş: Süleymanov Habil Xankişi oğlu Qardaş: Süleymanov Qalib Xankişi oğlu Bacı: Süleymanova Aybəniz Xankişi qızı Bacı: Süleymanova Gülbəniz Xankişi qızı Bacı: Abdullayeva Arzu Xankişi qızı Bacı: Süleymanova Kəsirə Xankişi qızı Bacı: Süleymanova Güllər Xankişi qızı Qardaş: Süleymanov Ruslan Xankişi oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər