Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Elxan
Xəyal Süleymanov 27 noyabr 1996-cı ildə Şəmkir rayonunun Şeidlər kəndində anadan olmuşdur. 2003-cü ildə Şəmkir rayon Şeidlər kənd tam orta məktəbinin birinci sinfinə daxil olmuşdur. 2014-cü ildə məktəbdən məzun olmuşdur. Subay idi.
Xəyal Süleymanov 2015-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayonu üzrə Hərbi Şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasında yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra mülki fəaliyyətinə qayıtmışdır. 2019-cu ildə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmuşdur.
Azərbaycan Ordusunun əsgəri olan Xəyal Süleymanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Murovdağın, Laçının, Qubadlının, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Xəyal Süleymanov "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Müharibə başa çatdıqdan sonra Xəyal Süleymanov hərbi xidmətinə davam etmişdi. 2021-ci ilin avqust ayından Quru Qoşunlarının "Komando" briqadasında xidmət edirdi.
2022-ci il sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilmişdir. Təxribat nəticəsində Azərbaycan-Ermənistan sərhədində sərhəd toqquşması baş vermişdir. Döyüşlərdə Quru Qoşunlarının "Komando" briqadasının hərbçisi kimi iştirak edən Xəyal Süleymanov Kəlbəcər rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur. 14 sentyabr tarixində nəşi doğulduğu Şəmkir rayonunun Şeidlər kəndində dəfn edilmişdir. Vida mərasimində şəhidin yaxınları ilə yanaşı ictimaiyyət nümayəndələri, Şəmkir sakinləri və hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak etmişdir.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Xəyal Süleymanov Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Xəyal Süleymanov “Vətən uğrunda” medalı ilə tətif edilib.
Mərd, ciddi, yardımsevər, dostcanlı, ailəcanlı, səmimi, mehriban, qohumcanlı, vətənpərvər, igid, qorxmaz, gülərüz.
Ata: Süleymanov Elxan Dəmir oğlu Ana: Süleymanova Tahirə İmran qızı Bacı: Rüstəmova Xəyalə Elxan qızı Qardaş: Süleymanov Xəyyam Elxan oğlu