Sultanov Səlim Sultan
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Sultanov Səlim Sultan

Ata adı: Sultan

🐣
Doğum — Quba Zərqava kəndi
🕊️
Şəhadət — Xocalı Çanaqçı kəndi
📍
Dəfn Olunduğu Yer Quba Zərqava kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Xocalı ⚔️ Ağdam ⚔️ Şuşa ⚔️ Tərtər

Təltif Edildiyi Orden və Medallar

Ağdamın azad olunmasına görə medalı

Ağdamın azad olunmasına görə medalı

Ağdamın azad olunmasına görə
İgidliyə görə medalı

İgidliyə görə medalı

İgidliyə görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Səlim Sultanov 15 iyun 2002-ci ildə Quba rayonunun Zərqava kəndində anadan olmuşdur. Subay idi. Azərbaycan Ordusunun əsgəri olan Səlim Sultanov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Suqovuşanın, Ağdamın və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Səlim Sultanov 2 noyabr 2020-ci ildə Şuşa döyüşləri gedişatında Xocalı rayonunun Çanaqçı kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qarşı tərəfin atdığı mərmi partlaması nəticəsində şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səlim Sultanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Səlim Sultanov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.

Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Səlim Sultanov ölümündən sonra "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Səlim Sultanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Çox mehriban, ürəyi açıq, səmimi, ailəcanlı biri idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Quba rayonu, Zərqava kənd tam orta məktəbi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Sultanov Sultan Muxtar oğlu Ana: Sultanova Niyazə Seyidəhməd qızı Qardaş: Sultanov Təbriz Sultan oğlu Bacı: Sultanova Arzu Sultan qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər