Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Hüsaməddin
Niyaməddin Sultanzadə 10 sentyabr 1998-ci ildə Masallı şəhərində anadan olub. 2005-ci ildə şəhər 1 saylı tam orta məktəbində təhsil almağa başlamış, 2016-cı ildə həmin məktəbi bitirib. Azərbaycan Dövlət Aqrar Universitetinin aqronomluq fakültəsinin qiyabi 2-ci kurs tələbəsi idi. 10 oktyabr 2018-ci il tarixindən bəri 3 saylı Regional Su Kanal İdarəsinin Masallı su kanal sahəsində xlorator su təmizləyici qurğularının operator peşəsi üzrə çalışırdı. Subay idi.
Niyaməddin Sultanzadə 2016-2017-ci illərdə hərbi xidmətdə olub. O, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində könüllü olaraq qoşulmuş, Cəbrayıl və Füzuli rayonlarında düşmən hücumunun qarşısının alınmasında şücaət göstərmiş, 6 noyabr 2020-ci il tarixində Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Şəhid Niyaməddin Sultanzadə 22 noyabr 2020-ci il tarixində dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Niyaməddin Sultanzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Niyaməddin Sultanzadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Niyaməddin mülayim, sakit, zəhmətsevər, sözündə dürüst, məsuliyyətli düşüncəli uşaq idi. Zarafat etməyi çox sevirdi. Bağça və məktəb vaxtlarından rayon tədbirlərində fəal iştirak edərdi. Ən çox şeir deməyi çox sevərdi. Məktəbdə münasibət saxladığı müəllimləri var idi ki, məktəbi bitirdikdən sonra belə onlarla əlaqəni kəsmədi. Həyatında olan bütün sevincli günlərini həmin müəllimlərlə paylaşırdı.
Ata: Sultanov Hüsaməddin Abdulrəhman oğlu Ana: Sultanova Mehriban Əliəkbər qızı Bacı: Sultanzadə Günay Hüsaməddin qızı Qardaşı: Sultanzadə Tacəddin Hüsaməddin oğlu