Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Şəmsəddin
Zəfər Surxayzadə 5 avqust 2001-ci ildə Şəkidə anadan olmuşdur. Orta təhsilini 2007–2018-ci ildə Şəki şəhəri Baltalı kənd tam orta məktəbində almışdır. Subay idi. 9 oktyabr 2019-cu illərdə müddətli həqiqi hərbi xidmətə yollanmışdır. Əsasən Cəbhənin Füzuli istiqamətində hərbi xidmət keçmişdir.
Azərbaycan Ordusunun əsgəri olan Zəfər Surxayzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edərək şücaət göstərmişdir. Zəfər Surxayzadə noyabrın 9-da Şuşa döyüşləri zamanı qəhrəmancasına şəhid olmuşdur. 10 noyabr 2020-ci ildə doğulduğu kənddə torpağa tapşırılmışdır.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Zəfər Surxayzadə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib.
Cəsur, mərd, gülərüz, mehriban, vətənpərvər, qorxmaz, mərd biri olub.
Ata: Surxayev Şəmsəddin İsfəndiyar oğlu Ana: Surxayeva Nərgiz Sabir qızı Qardaş: Surxayzadə Elgün Şəmsəddin oğlu Bacı: Məhərrəmova Səbinə Şəmsəddin qızı Bacı: Zamanova Dilarə Şəmsəddin qızı