Tağıyev Elçin Ağaqulu
Kapitan
🇦🇿 Azərbaycan Şəhidi

Tağıyev Elçin Ağaqulu

Ata adı: Ağaqulu

🐣
Doğum — Biləsuvar Zəhmətabad kəndi
🕊️
Şəhadət — Tərtər Talış kəndi
📍
Dəfn Olunduğu Yer Biləsuvar Zəhmətabad kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Kapitan
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Tərtər

Təltif Edildiyi Orden və Medallar

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
"Qarabağ" ordeni

"Qarabağ" ordeni

"Qarabağ" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Elçin Tağıyev 1989-cu il iyulun 1-də Biləsuvar rayonunun Zəhmətabad kəndində anadan olub. 1995-2004-cü illərdə Ə. Rəhmətov adına Zəhmətabad kənd tam orta məktəbində, 2004-2007-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2007-2011-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Ailəli idi. 6 yaşlı Dəryanur, 3 yaşlı Tağı və 1 aylıq Məhəmməd adında üç övladı yadigar qaldı.
Elçin Tağıyev 2011-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Qusar rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edirdi. 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşləri zamanı dostu Ziya Həsənovun şəhid olmasından sonra Müdafiə Nazirliyinə müraciət edib və öz istəyi ilə hərbi xidmətini cəbhə bölgəsində davam edib.

Azərbaycan Ordusunun kapitanı olan Elçin Tağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Talış qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elçin Tağıyev oktyabrın 1-də Talış döyüşləri zamanı şəhid olub. 28 noyabr 2020-ci il tarixində Biləsuvar rayonunun Zəhmətabad kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Tağıyev ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Tağıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elçin Tağıyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

Elçin düzgün, yalan danışmağı sevməyən, söz verdisə üstündə duran biri idi. Məğlub olmağı, geri çəkilməyi xoşlamazdı. Vətənpərvər, cəsur, qorxmaz bir igid idi. Tabeliyində olan əsgərlərə qarşı səmimi, mehriban həmçinin tələbkar idi. Mülayim xasiyyətli, şən, deyib-gülməyi sevən biri olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Biləsuvar rayon, Ənvər Rəhmətov adına Zəhmətabad kənd tam orta məktəbi
Ali Təhsil Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Ağaqulu Tağıyev Ağacan oğlu Ana: Ayna Tağıyeva Əziz qızı Bacı: Aidə Tağıyeva Ağaqulu qızı Bacı: Kamilə Tağıyeva Ağaqulu qızı Qardaş: Yalçın Tağıyev Ağaqulu Bacı: Könül Tağıyeva Ağaqulu qızı Həyat yoldaşı: Xəyalə Tağıyeva İmanxan qızı Qızı: Dəryanur Tağızadə Elçin qızı Oğlu: Tağı Tağızadə Elçin oğlu Oğlu: Məhəmməd Tağızadə Elçin oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər