namazla bağlıdı
KFC və ya MACdonald da işləmək olar?
KFC və ya MACdonald da işləmək olar?
Bəqərə surəsi (49-57) - Hacı Rahib | Ruhunuzu dinləndirin
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi ( 9 Oktyabr 2026)
Cümə moizəsi Mövzu: Zikr və qəflət -12
Ata adı: Rahil
Tağıyev Əli Rahil oğlu 2001-ci il avqustun 29-u Salyan rayonunda anadan olmuşdur.
2019-cu il oktyabrın 2-də hərbi xidmətdə yollanmış, hərbi xidmətdə olduğu zaman 27 sentyabr tarixindən başlayan və 44 gün davam edən 2-ci Vətən müharibəsində Tərtər rayonunun Çaylı və Talış kəndləri istiqamətində gedən döyüşlərdə iştirak edib. Oktyabrın 3-ü yaralanaraq qəhrəmancasına şəhid olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Tağıyev Əli Rahil oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Sakit, tərbiyəli, ailəcanlı insan olub.
Ata: Tağıyev Rahil Məmmədtağı oğlu Ana: Tağiyeva Əfnisə Adil qızı