Tağıyev Elxan Fəxrəddin
MAHHXHQ əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Tağıyev Elxan Fəxrəddin

Ata adı: Fəxrəddin

🐣
Doğum — Goranboy Balakürd kəndi
🕊️
Şəhadət — Tərtər Suqovuşan
📍
Dəfn Olunduğu Yer Goranboy Faxralı kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ əsgər
Qoşun Növü Xüsusi Təyinatlı Qüvvələr
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Tərtər

Təltif Edildiyi Orden və Medallar

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda

Həyat Yolu və Şəhadət Tarixçəsi

Elxan Tağıyev 1990-ci il fevralın 26-da Goranboy rayonunun Fəxralı kəndində anadan olub. 1997-2007-ci illərdə T. Sadıqov adına Faxralı kənd tam orta məktəbində təhsil almışdır. 2008-2010-cu illərdə müddətli hərbi xidmətdə olmuşdur. 2016-cı ilin 15 oktyabr tarixindən Beyləqan rayonunda N saylı hərbi hissədə MAXE hərbi qulluqçu kimi xidmətə başlamışdır. Ailəli idi. İki övladı qalıb.

Azərbaycan Ordusunun hərbi qulluqçusu olan Elxan Tağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan kəndinin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşərək oktyabrın 1-də şəhid olub. Goranboy rayonunun Fəxralı kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elxan Tağıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Tərtər rayonunun Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elxan Tağıyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

Vətənpərvər, cəsur, qorxmaz, zəhmətkeş insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Goranboy rayonu, Seymur Sadıqov adına Faxralı kənd tam orta məktəbi
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ana: Tağıyeva Lütfiyyə Firudin qızı Qardaş: Tağıyev Ziyad Faxrəddin oğlu Bacı: Qəribova Nübar Faxrəddin qızı Həyat yoldaşı: Hacıyeva Aybəniz Nizami qızı Oğlu: Tağıyev İlkin Elxan oğlu Qızı: Tağıyeva Fidan Elxan qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər