Tağıyev Elzamin Eyvaz
MAHHXHQ əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Tağıyev Elzamin Eyvaz

Ata adı: Eyvaz

🐣
Doğum — Xocavənd Qaradağlı kənd
🕊️
Şəhadət — Şuşa
📍
Dəfn Olunduğu Yer Xocavənd Qəsəbə qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Qubadlı ⚔️ Şuşa

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Qubadlının azad olunmasına görə medalı

Qubadlının azad olunmasına görə medalı

Qubadlının azad olunmasına görə
Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Elzamin Tağıyev 11 avqust 1992-ci ildə Xocavənd rayonunun Qaradağlı kəndində dünyaya göz açmışdır. Elzamin ilk təhsilini Xocavənd rayon Salakətin kənd tam orta məktəbində almışdır. Elzamin Tağıyev 2010-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli, 2020-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.

Azərbaycan Ordusunun əsgəri olan Elzamin Tağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin, Cəbrayılın, Hadrutun, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Elzamin Tağıyev 9 noyabr 2020-ci ildə Şuşada döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur.

Atası Eyvaz Həsrət oğlu Tağıyev Qarabağ müharibəsində iştirak etmiş, Xocavənd rayonunun Qaradağlı kəndinin müdafiəsində döyüş tapşırığını yerinə yetirmişdir. Həmin kəndin müdafiəsi uğrunda onun babası, dayısı və qohumları döyüşmüş və şəhid olmuşlar.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elzamin Tağıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Qubadlı şəhərinin işğaldan azad olunmasına görə gedən döyüşlərdə xüsusi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elzamin Tağıyev ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elzamin Tağıyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elzamin Tağıyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elzamin Tağıyev ​ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Elzamin Tağıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Xoşxasiyyət, nəzakətli, ictimai fəal, müəllimlərin və tələbə yoldaşlarının sevimlisi, vətənpərvər, istiqanlı və düşüncəli insan olub

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Xocavənd rayon, Salakətin tam orta məktəb
Ali Təhsil Moskva Dövlət Politexnik Universiteti
İş Yeri Xocavənd qəsəbəsi Mədəniyyət evi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Atası: Tağıyev Eyvaz Həsrət oğlu Ana: Tağıyeva Məlahət Dəmir qızı Bacı: Aslanova Elnaz Eyvaz qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər