Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Rövşən
İmdad Tağıyev 2002-ci il aprelin 25-də Göygöl rayonunun Mollacəlilli kəndində anadan olub. 2008-2019-cu illərdə Mollacəlilli kənd tam orta məktəbində təhsil alıb. Subay idi.
İmdad Tağıyev 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə idi.
Azərbaycan Ordusunun əsgəri olan İmdad Tağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İmdad Tağıyev oktyabrın 3-də Füzuli döyüşləri zamanı şəhid olub. Göygöl rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən İmdad Tağıyev ölümündən sonra "Vətən uğrunda", “Cəsur döyüşçü” “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, İmdad Tağıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Tağıyev İmdad Rövşən oğlu çox ağıllı, mehriban, vətənpərvər bir oğul idi.
Ata: Tağıyev Rövşən Tağı oğlu Ana: Tağıyeva Ceyhunə Nizami qızı Qardaş: Tağıyev İnad Rövşən oğlu Bacı: Tağıyeva Narxanım Rövşən qızı