Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Fikrət
Kamran Tağıyev 27.09.2001-ci il tarixdə Bakı şəhəri, Maştağa qəsəbəsində anadan olub. 01.09.2008-ci il tarixində Maştağa qəsəbədsi C.Nurməmmədov adına 108 saylı orta məktəbin 1-ci sinfinə daxil olub. 30.05.2017-ci il tarixdə həmin məktəbin 9-cu sinfini bitirib. Kamran ali təhsil almaq fikrində olsa belə ailəsinin vəziyyəti onu bu fikrindən daşındırır. Atası xəstə olduğu üçün işləyib ona dəstək olmaq qərarına gəlir. Beləliklə Kamran 02.10.2019-cu il tarixdə Vətənə xidmət üçün ordu sıralarına çağırılır. O, Goranboy rayonunun Ağca kəndində hərbi xidmətdə olur. 27.09.2020-ci il tarixdə başlayan Vətən müharibəsi zamanı Kamran könüllü olaraq döyüşə yazılır və bir çox kəndlərin alınmasında iştirak edir. Beləliklə 31.10.2020-ci il tarixdə Tərtər rayonunun Talış kəndindi istiqamətində gedən döyüşlərdə xeyli düşməni məhv edərək, şəhidlik zirvəsinə ucalmışdır.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Kamran Tağıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Çox sakit, təmkinli insan idi.
Ata: Tağıyev Fikrət Gülbala oğlu Ana: Tağıyeva Gülnarə Səftər qızı Qardaş: Tağıyev Kənan Fikrət oğlu Bacı: Quliyeva Vəfa Fikrət qızı