📜 Günün Müqəddəs Ayəsi (Furqan surəsi, 74-cü ayə)
📜 Günün Müqəddəs Ayəsi (. Bəqərə surəsi, 286-cı ayə)
Bilirdinizmi?
Salamları
Allah
Allah
Ata adı: Davud
Nurağa Tağıyev 20 aprel 2001-ci ildə Xaçmaz rayonunda anadan olmusdur. 2018-ci ildə 3 nömrəli tam orta məktəbi bitirmiş və hərbi xidmətə yollanmışdır.
Azərbaycan Ordusunun əsgəri olan Nurağa Tağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Goranboy rayonun Ağcakənd qəsəbəsində hərbi xidmətnə davam etmişdir. Vətən müharibəsi zamanı Kəlbəcər istiqamətində, Murovdağda şəhid olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə “İgidliyə görə”, “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Nurağa Tağıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Şəhidin atası Davud Tağıyev: "2019-cu ilin aprel ayında hərbi xidmətə yola saldiq. Goranboyda xidmət edirdi. İdmana həvəsi var idi. Cüdo ilə məşğul olub. Mehriban, hamı ilə dil tapan uşaq idi. Hərbi xidməti başa vurduqdan sonra hüquq-mühafizə orqanlarinda işləmək arzusunda idi. Sentyabrın 27-də danişanda bildirdi ki, döyüşlərə qatılıb. Telefonla danışanda ürəkli, mərdi-mərdanə danışiıdı: “Hər şey yaxşidir. Ermənilər dovşan kimi qaçırlar. Məndən arxayın olun”. Oktyabrın 10-da səhər saatlarinda sonuncu dəfə danişdıq. Günorta isə şəhid olmasi xəbərini aldıq”.
Ata: Tağıyev Davud Ağadadaş oğlu Ana: Tağıyeva Yeganə Qəribağa qizi Bacı: Qafarova Brilyant Davud qizi