Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Gündüz
Səbuhi Tağıyev 1998-ci ildə Şahbuz rayonunun Şada kəndində Gündüz Tağıyevin ailəsində anadan olmuşdur. Bir müddət orada yaşadıqdan sonra ailəsi ilə birgə rayonun Badamlı qəsəbəsinə köçmüş və burada yaşamışdır. 2004-2015-ci illərdə orta təhsil almışdır. Subay idi
Səbuhi Tağıyev 2016-cı ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şahbuz rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. Çağırışa əsasən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissələrdən birində müddətli həqiqi hərbi xidmət etmişdir. 18 aydan sonra hərbi xidmətini başa vuran Səbuhi Tağıyev mülki fəaliyyət göstərmişdir. Sonra Quru Qoşunlarının "Müddətdən artıq həqiqi hərbi xidmət" kursuna yazılmış, kursu bitirdikdən sonra müddətdən artıq hərbi xidmət qulluqçusu olmuşdur. Hərbi xidmət etdiyi müddətdə "çavuş" rütbəsi almışdır. Səbuhi Tağıyev sonuncu dəfə xidmət üçün yeni təyin olunduğu Laçın rayonunda, Azərbaycan-Ermənistan sərhədində yerləşən "N" saylı hərbi hissələrdən birində hərbi xidmət edirdi.
11 aprel 2023-cü ildə Ermənistan Silahlı Qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutmuşdur. Qarşı tərəfin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olmuş və yaralanmışdır.Baş verən qarşıdurma nəticəsində Səbuhi Tağıyev döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Səbuhi Tağıyevin nəşi Naxçıvan Beynəlxalq Hava Limanına, oradan da evinə gətirilərək 12 aprel 2023-cü ildə yaşadığı Şahbuz rayonunun Badamlı qəsəbəsində dəfn olunmuşdur. Dəfn mərasimində Səbuhi Tağıyevin yaxınları ilə yanaşı, hərbçi yoldaşları, rəsmi şəxslər, hüquq-mühafizə orqanlarının əməkdaşları və rayon sakinləri iştirak etmişlər.
Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.06.2023-cü il tarixli Sərəncamına əsasən Səbuhi Tağıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Səbuhi Tağıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Mərd, vətənpərvər, cəsur insan idi.
Ata: Tağıyev Gündüz Əli oğlu Ana: Tağıyeva Ceyhunə Tofiq qızı Qardaş: Tağıyev Sərdar Gündüz oğlu Bacı: Tağıyeva Səbuhə Gündüz qızı