Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Ramin
Dünyamin Tağızadə 2001-ci il yanvarın 21-də Beyləqan rayonunun Günəş qəsəbəsində anadan olmuşdur. Əslən Şuşadan idi. 2007-2016-cı illərdə Beyləqan rayon 6 saylı tam orta məktəbdə, 2016-2018-ci illərdə Beyləqan rayon 22 saylı tam orta məktəbdə təhsil almışdır. 4 ay Göyçayda kollecdə oxuduqdan sonra hərbi xidmətə yollanmışdır. Subay idi.
Dünyamin Tağızadə 2019-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Hərbi xidmət müddətində Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində başlanan əməliyyatda iştirak etmişdir. İştirakına görə hərbi hissə tərəfindən fəxri fərman ilə təltif olunmuşdur. 2020-ci ildə hərbi xidmətini başa vurmuşdur.
2020-ci ilin 14 iyul tarixində Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamış, Dünyamin Tağızadə səfərbər olunaraq hərbi təlim toplantılarına çağırılmışdır.
Azərbaycan Ordusunun əsgəri olan Dünyamin Tağızadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü olaraq vuruşmuşdur. Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşmışdır. Dünyamin Tağızadə sentyabrın 30-da Cəbrayıl döyüşləri zamanı şəhid olmuşdur. Beyləqan rayonunda dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Dünyamin Tağızadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Dünyamin Tağızadə ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Dünyamin Tağızadə ölümündən sonra "Xocavəndin azad edilməsinə görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Dünyamin Tağızadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Dünyamin Tağızadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Mehriban, ailəcanlı, dostcanlı, vətənpərvər insan idi.
Ata: Tağızadə Ramin Ana: Tağızadə Ziyafət Qardaş: Tağızadə Nihad