Talıblı Asif Arif
Ҫavuş
🇦🇿 Azərbaycan Şəhidi

Talıblı Asif Arif

Ata adı: Arif

🐣
Doğum — Biləsuvar Zəhmətabad kəndi
🕊️
Şəhadət — Füzuli
📍
Dəfn Olunduğu Yer Biləsuvar Zəhmətabad kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Ҫavuş
Qoşun Növü Daxili Qoşunlar
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Kəlbəcər ⚔️ Xocavənd ⚔️ Cəbrayıl ⚔️ Füzuli

Təltif Edildiyi Orden və Medallar

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə
"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda

Həyat Yolu və Şəhadət Tarixçəsi

Asif Talıblı 1993-cü il aprelin 26-da Biləsuvar rayonunun Zəhmətabad kəndində anadan olub. Asif Talıblı 2013-cü ildən Daxili Qoşunların sıralarında xidmət edirdi.

Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Asif Talıblı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağın, Cəbrayılın, Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Asif Talıblı oktyabrın 12-də Füzuli döyüşləri zamanı şəhid olub. Biləsuvar rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif Talıblı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif Talıblı ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif Talıblı ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Asif Talıblı ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

Asif çox şən, mehriban, zarafatcıl biri idi. Hamı ilə yaxşı yola gedər, heç kimin xətrinə dəyməzdi. Qonşular, qohumlar, dost-tanış arasında xoş, gözəl xasiyyətinə görə böyük hörmət qazanmışdı. Dostluqda sadiq və möhkəm biri idi. İdmana uşaqlıqdan həvəsi var idi və daimi olaraq idmanla məşğul olurdu. Vətəninə bağlı, vətəni uğrunda canından keçməyə hər an hazır olan insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Biləsuvar rayon, Dadaş Dadaşov adına Zəhmətabad kənd orta məktəbi
İş Yeri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Arif Talıbov Dədəkişi oğlu Ana: Xalidə Talıbova Həsənağa qızı Qardaş: Vasif Talıbzadə Arif oğlu Qardaş: Akif Talıblı Arif oğlu Qardaş: Ziya Talıblı Arif oğlu Həyat yoldaşı: Aidə Talıblı Elşad qızı Qızı: Ayan Talıblı Asif qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər