Surələrin fəziləti | Ali-İmran surəsi #8
Cavab gəlmir
Salamlawmada deyesen sehvlık edırem
.
.
Namaz
Ata adı: Gəgiş
Elnur Talıbov 1996-cı il dekabrın 26-sı Lerikdə anadan olmuşdur. Lənkəran şəhəri 9 nömrəli tam orta məktəbdə təhsil almışdır.
2015-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. Aprel döyüşlərində iştirak etmiş və göstərdiyi şücaətə görə fəxri fərman və təşəkkürnamə ilə təltif olunmuşdur.
Azərbaycan Ordusunun əsgəri olan Elnur Talıbov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi çərçivəsində Füzuli əməliyyatı və Xocavənd döyüşlərində iştirak etmiş və qəlpə yarası alaraq şəhid olmuşdur. 2020-ci il noyabrın 1-i Lənkəran şəhərində dəfn olunmuşdur.
Əsgər Talıbov Elnur Gəgiş oğlu ölümündən sonra Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 dekabr tarixli 2349 nömrəli Sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycan Respublikasının Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 25 dekabr tarixli 2362 nömrəli Sərəncamı ilə "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycan Respublikasının Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 25 dekabr tarixli 2364 nömrəli Sərəncamı ilə "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli Sərəncamı ilə "Cəsur döyüşçü" medalı ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Elnur Talıbov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib.
Əxlaqlı, tərbiyəl, zarafatcıl, ailəcanlı, dostcanlı oğlan idi.
Ata: Talıbov Gəgiş Orucəli oğlu Ana: Əliyeva Gülçöhrə Xanış qızı Qardaş: Talıbov Şaiq Gəgiş oğlu Bacı: Hacıyeva Ülviyyə Gəgiş qizi Bacı: Heydərov Səbinə Gəgiş qizi