Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: İdris
Tahir Talıbov 2002-ci il aprelin 29-da Quba rayonunun Sırt-çiçi kəndində anadan olub.
Azərbaycan Ordusunun əsgəri olan Tahir Talıbov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tahir Talıbov Füzuli döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Tahir Talıbov ölümündən sonra "Vətən uğrunda", “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Tahir Talıbov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
İdmanı, xüsusilə futbolu sevirdi. Olduqca vətənpərvər idi.
Ata: Talıbov İdris Hacıqulu oğlu Ana: Talıbova Xalidə Mirzəli qızı Qardaş: Talıbov Selimulla İdris oğlu Qardaş: Talıbov Mütəllim İdris oğlu Qardaş: Talıbov Pərviz İdris oğlu Qardaş: Talıbov Dəyanət İdris oğlu Bacı: Hacıyeva Xəyalə İdris qızı