Talıbov Talıb Azay
Кiçik çavuş
🇦🇿 Azərbaycan Şəhidi

Talıbov Talıb Azay

Ata adı: Azay

🐣
Doğum — Beyləqan Beyləqan rayonu, Birinci Şahsevən kənd tam orta məktəbi
🕊️
Şəhadət — Xocavənd Hadrut
📍
Dəfn Olunduğu Yer Beyləqan Beyləqan rayon, 1-ci Şahsevən kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Кiçik çavuş
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Zəngilan

Təltif Edildiyi Orden və Medallar

"Zəngilanın azad olunmasına görə" medalı

"Zəngilanın azad olunmasına görə" medalı

Zəngilanın azad olunmasına görə

Həyat Yolu və Şəhadət Tarixçəsi

Talıb Talıbov 6 iyun 1992-ci ildə Beyləqan rayonunun Birinci Şahsevən kəndində Azay Talıbovun ailəsində anadan olmuşdur. 1998-2009-cu illərdə Ə. Rüstəmov adına Beyləqan rayon Birinci Şahsevən kənd 2 nömrəli tam orta məktəbdə təhsil almışdır. Ailəli idi.
Talıb Talıbov bir müddət Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq hərbi xidmət qulluqçusu olmuş və "çavuş" rütbəsiylə hərbi xidmətinə davam etmişdir.

Azərbaycan Ordusunun əsgəri olan Talıb Talıbov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində atıcı olaraq iştirak etmişdir. Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur.

2020-ci ilin sentyabr-noyabr aylarında Azərbaycan-Ermənistan arasında baş verən və Azərbaycanın qələbəsi ilə sona çatan Vətən müharibəsi bitdikdən sonra Talıb Talıbov xidmətini Xocavənd rayonunda yerləşən "N" saylı hərbi hissədə davam etdirmişdir. Talıb Talıbov 6 dekabr 2020-ci ildə Xocavənd rayonunun Hadrut qəsəbəsində xidmət edərkən şəhid olmuşdur. Doğulduğu Beyləqan rayonunda dəfn olunmuşdur.

Xatirələrdə Yaşayan Şəhid:

Ailəcanlı, qayğıkeş, vətənpərvər, cəsur, igid, ünsiyyətcil, mehriban insan kimi xatırlanır.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Beyləqan rayonu, G.Əsədov adına Birinci Şahsevən kənd tam orta məktəb
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Hüseynov Azay Talıb oğlu; 02.05.1965 Ana: Hüseynova Yeganə Şahmar qızı; 19.09.1970 Həyat yoldaşı: Talıbova Zəminə Arif qızı; 07.04.2001 Qızı: Talıblı Nur Talıb qızı; 01.03.2018 Oğlu: Talıblı Talıb Talıb oğlu; 23.09.2020 Qardaş: Talıbov Nurlan Azay oğlu; 01.03.1991 Qardaş: Talıbov Elçin Azay oğlu; 03.09.1995

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər