Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Məhərrəməli
Təbriz Talıbov 1994-cü il iyunun 11-də Lerik rayonunun Ləkər kəndində anadan olub. Ailəli idi. 2 qızı yadigar qaldı.
Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Təbriz Talıbov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Təbriz Talıbov Zəngilan döyüşləri zamanı Vejnəli istiqamətində şəhid olub. Lerik rayonunun Ləkər kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Təbriz Talıbov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Təbriz Talıbov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Azərbaycanın Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Təbriz Talıbov ölümündən sonra "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Xoşxasiyyətli, mehriban, qayğıkeş, vətənpərvər bir gənc olub. Mütaliəni çox sevirmiş. Orta məktəbi yaxşı qiymətlərlə başa vurur. Hərbi xidmətə yollanır. Xidmət dövründə özünü nümunəvi əsgər kimi göstərir. Dəfələrlə tərifnamələrə layiq görülüb
Ata: Talıbov Məhərrəməli İsrafil oğlu Qardaş: Talıbov Mübariz Məhərrəməli oğlu Həyat yoldaşı: Talıbova Günel Faiq qızı Qızı: Talıbova Mələk Təbriz qızı Qızı: Talıbzadə Kifayət Təbriz qızı