Talıbzadə Səxavət Zeyniş
MAHHXHQ əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Talıbzadə Səxavət Zeyniş

Ata adı: Zeyniş

🐣
Doğum — Saatlı Qaracalar kəndi
🕊️
Şəhadət — Tərtər Suqovuşan
📍
Dəfn Olunduğu Yer Saatlı Qaracalar kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Tərtər

Təltif Edildiyi Orden və Medallar

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Səxavət Talıbzadə Saatlı rayonunun Qaracalar kəndində doğulub. Ailədə bir bacı, iki qardaş olublar. 2014-cü ildə Saatlı rayonu Qaracalar kənd tam orta məktəbini bitirdikdən sonra Azərbaycan Dənizçilik Kollecinə daxil olub.2016-cı ildə əsgəri xidmətə çağırılıb və hərbi xidməti başa vurduqdan sonra 2018-ci ildə MAHHXHQ kimi xidmətini davam etdirmişdir. 2020-ci ilin sentyabr ayının 27-dən döyüşlərə qatılıb,xüsusi şücayət göstərib,düşmənin onlarla canlı qüvvəsini məhv edib və oktyabr ayının 4-də Suqovuşanın azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında qəhrəmancasına şəhid olub

Səxavət Talıbzadə Qaracalar kənd qəbiristanlığında torpağa tapşırılıb. 

Ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş  Talıbzadə Səxavət 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib. 

Xatirələrdə Yaşayan Şəhid:

Mərd, cəsur, igid, mehriban insan olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Saatlı rayonu, Qaracalar kənd tam orta məktəbi
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Talıbov Zeyniş Zeyniş oğlu Ana: Talıbova Həmayə Hüseyn qızı Bacı: Rüstəmzadə Qızqayıt Zeyniş qızı Qardaş: Talıbov Hasil Zeyniş oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər