Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Elşən
Tanırverdiyev Amil Elşən oğlu 19 may 2004-cü ildə Ağstafa rayonu Poylu kəndində anadan olmuşdur. Orta təhsilini S. Məmmədov adına Poylu kənd orta məktəbində almışdır.
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Tanırverdiyev Amil Elşən oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Quru Qoşunlarının hərbi qulluqçusu Tanırverdiyev Amil Elşən oğlu Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
Mərd, cəsur, qorxmaz, ailəcanlı insan idi.
Ata: Tanırverdiyev Elşən Alı oğlu Ana: Tanırverdiyeva Dilnurə Novruz qızı Bacı: Tanırverdiyeva Ayşən Elşən qızı Qardaş: Tanırverdiyev Alı Elşən oğlu