Tarıverdiyev Nicat Şöhrət
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Tarıverdiyev Nicat Şöhrət

Ata adı: Şöhrət

🐣
Doğum — Bakı
🕊️
Şəhadət — Ağdərə
📍
Dəfn Olunduğu Yer Bakı II Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Ağdərə ⚔️ Tərtər

Təltif Edildiyi Orden və Medallar

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Tarıverdiyev Nicat 17 noyabr 1998-ci il tarixində Bakı şəhərində anadan olub. 132–134 saylı Təhsil Kompleksində tam orta təhsilini alıb. Kooperasiya Universitetində ali təhsilini tamamlayıb. Qaydasız döyüş üzrə ölkə və beynəlxalq yarışlarda qalib olub.
Tarıverdiyev Nicat ali məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanmışdır.

Azərbaycan Ordusunun əsgəri olan Tarıverdiyev Nicat 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycan Respublikasının ərazi bütüylüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ yüksəkliyi, Suqovuşan qəsəbəsi, Ağdam və Ağdərə rayonlarının azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib.

Tarıverdiyev Nicat Şöhrət oğlu 44 gün döyüş əməliyyatlarında iştirak edərək, qələbəyə saylı dəqiqələr qalmış 9 noyabr 2020-ci il tarixində Ağdərə istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub.

Tarıverdiyev Nicat Şöhrət oğlu 16 noyabr 2020-ci il tarixində II Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicat Tarıverdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicat Tarıverdiyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nicat Tarıverdiyev ölümündən sonra "Cəsur döyüşçü" medalları ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş  Nicat Tarıverdiyev 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib. 

Xatirələrdə Yaşayan Şəhid:

Çox mərd və vətənpərvər olan şəhidimiz ailəsinə və sevdiklərinə çox bağlı idi. Öz mehribanlığı və pozitivliyi ilə hər kəsin könlünü fəth etmişdi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Bakı şəhəri, 132-134 saylı təhsil kompleksi
Ali Təhsil Azərbaycan Kooperasiya Universiteti
İş Yeri Taksi şirkətində mühasib
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Tarıverdiyev Şöhrət Mənsim oğlu Ana: Tarıverdiyeva Şükran Faruq qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər