Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: İslam
Feyruz İslam oğlu Tarverdiyev 1996-cı il iyulun 22-də Kürdəmir rayonunun Sığırlı kəndində anadan olub. Subay idi. Orta təhsilini başa vurduqdan sonra, 2015-ci ilin iyul ayında həqiqi hərbi xidmətə gedib və 2017-ci ilin yanvarında tərxis olub.
Azərbaycan Ordusunun əsgəri olan Feyruz Tarverdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Feyruz Tarverdiyev noyabrın 6-da Xocavənd döyüşləri zamanı şəhid olub. Nəşi noyabrın 30-da Sığırlıya gətirilərək kənd qəbiristanlığında dəfn olunub.
Ölümündən sonra Prezidentin sərəncamları ilə “Xocavəndin azad olunmasına görə”, “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Anası Tarverdiyeva Məhbubə: Feyruz 3 oğlumun kiçiyi, sonbeşiyim idi. Feyruz 2015-ci ilin oktyabrında Tərtərə hərbi xidmətə yola düşdü. O, 2016-cı ilin aprel döyüşlərində də iştirak edib, zədə alıb. Hərbidən gələndən sonra da işləyirdi hər üç oğlum, məni əziyyət çəkməyə qoymurdular. Sentyabrda rayon hərbi komissarlığından Feyruza çağırış gəldi. İlk əvvəl Ağcabədiyə təlimə apardılar, sonra isə müharibəyə yollandı. Həftədə bir dəfə danışırdı ki, ana, narahat olma yaxşıyam. Sonuncu dəfə oktyabrın 26-da danışdıq. 10 gün keçdi Feyruzdan nə zəng gəldi, nə xəbər. Komandirinə də zəng çatmırdı. Sən demə Xocavənddə döyüşdə bölüyün komandiri də, əsgərləri də şəhid olubmuşlar. Nəşi noyabrın sonunda tapıldı, dəfn etdik. Balam Vətən üçün, torpaq üçün, bizim üçün Şəhid oldu.
Ata: Tarverdiyev İslam Əvəz oğlu Ana: Tarverdiyeva Məhbubə Fazil qızı Qardaşı: Tarverdiyev Ramil İslam oğlu Qardaşı: Tarverdiyev Famil İslam oğlu