📜 Günün Müqəddəs Ayəsi (Furqan surəsi, 74-cü ayə)
📜 Günün Müqəddəs Ayəsi (. Bəqərə surəsi, 286-cı ayə)
Bilirdinizmi?
Salamları
Allah
Allah
Ata adı: Rasim
Tarverdiyev Qurbət Rasim oğlu 1998-ci il mayın 21-də Xaçmaz rayonunun Nərəcan kəndində doğulub.
Azərbaycan Ordusunun əsgəri olan Qurbət Tarverdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Goranboy rayonun Ağcakənd qəsəbəsində hərbi xidmətnə davam etmişdir. Xocavənd və Füzuli istiqamətində şiddətli döyüşlərin iştirakçısı olub. 2020-ci il oktyabrın 7-də Füzulinin Qorqan kəndində gedən döyüşlər zamanı yaxınlığında artilleriya mərmisinin partlaması nəticəsində şəhidlik zirvəsinə ucalıb.
Qürbət Tarverdiyev ölümündən sonra “Füzulinin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Qurbət Tarverdiyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Vətənpərvər, mərd, cəsur insan idi.
Ata: Tarverdiyev Rasim Qürbət oğlu Ana: Tarverdiyeva Natəvan Qədir qızı Bacı: Yaqubova Şəhanə Rasim qızı