Üsuliddin -1- Hacı Mircəfər Əyyubov
Böyük Günahlar Kiçik Addımlarla Başlayır
Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Ata adı: Əvəz
Cavid Təhməzov 1994-cü ilin iyun ayının 25-i Bərdə rayonunun Cicimli kəndində anadan olub. Cavid Təhməzov Yevlax rayonunda böyüyüb. O, orta məktəbi 2001.-ci ildə Yevlax şəhəri, Qənbər Məhərrəmov adına 4 saylı məktəbdə təhsilinə başlayıb. 2012-ci ildə təhsilini başa vurduqdan sonra Yevlax rayonundan hərbi xidmətə yollanıb. O , hərbi xidmətini Naxçıvan Muxtar Respublikasında başa vurub.
O, hərbi xidmətini başa vurduqdan sonra Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində kəşfiyyatçı kimi fəaliyyət göstərib. O hərbi xidməti dövründə göstərdiyi şücaətə görə bir sıra fərman və medallarla təltif edilib.
Cavid Təhməzov Tovuz döyüşlərində düşmənə qarşı şücaətlə vuruşub.
Baş kəşfiyatçı olan Cavid canından artıq sevdiyi Vətənin işğaldan azad olunması uğrunda gedən döyüşlərə ilk günlərdən qatılıb. O, kəşfiyyat bölüyünün tərkibində Talış kənd istiqamətində 457 yüksəkliyinin azad edilməsi uğrunda gedən döyüşdə qəhrəmancasına iştirak edib və şəhadətə yüksəlib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Təhməzov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Təhməzov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Cavid Təhməzov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Cavid Təhməzov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Cavid Təhməzov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Cəsur, mərhəmətli, ailəcanlı idi. Qayğıkeşliyi və mehribançılığı ilə həmişə fərqlənərdi.
Ata: Təhməzov Əvəz Təhməz oğlu Ana: Məmmədov Züleyxa Çərkəz qızı Bacı: Kərimova Ziyafət Əvəz qızı Həyat yoldaşı: Təhməzova Günay Yavər qızı Oğlu: Təhməzov Umud Cavid oğlu Oğlu: Təhməzli Cəsur Cavid oğlu