Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: İlqar
Təhməzov Pərvin İlqar oğlu 22 yanvar 1997-ci ildə Sumqayıtda doğulub. Orta təhsilini Sumqayıt şəhər V.İbrahimov adına 35 saylı tam orta məktəbdə alıb. İdmana marağı olan Pərvin 9 yaşından 17 yaşına kimi cüdo ilə məşğul olub, bu müddətdə təşəkkürnamələr, fəxri fərmanlar, kürsü medalları və kuboklar qazanıb.
Məktəbi bitirdiyi il Qərbi Kaspi Universitetinin Filologiya üzrə ingilis dili fakültəsinə qəbul olur. Ali təhsilin başa vurduqdan sonra 2020-ci ilin 13 iyulunda hərbi xidmətə gedir, Goranboy rayonunun Aşağı Ağca kəndindəki N saylı hərbi hissəsində xidmətə başlayır. Vətən müharibəsinin ilk günündən döyüşlərə qatılır. Kəlbəcər, Ağdərə, Suqovuşan, Ağuçuq istiqamətində gedən döyüşlərdə mərdliklə vuruşur və oktyabrın 1-də şəhidlik zirvəsinə ucalır. 2 ay 10 günün əsgəri olan Pərvin qəhrəmancasına şəhid olan döyüş yoldaşlarını düşmən tərəfindən çıxararkən özü də şəhid olub
Azərbaycan Ordusunun əsgəri olan Pərvin Təhməzov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə şəhəri istiqamətində gedən döyüşlərdə savaşıb. Pərvin Təhməzov oktyabrın 1-də Ağdərə döyüşləri zamanı şəhid olub, nəşi isə naməlum istiqamətdə qalıb. Dekabrın 7-də onun nəşi tapılaraq ailəsinə təhvil verildi. Dekabrın 7-də Sumqayıt şəhərində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən Pərvin Təhməzov ölümündən sonra "Vətən uğrunda", “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Pərvin Təhməzov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib.
Pərvin çox cəsur oğlan idi. Ağdərə, Kəlbəcər, Suqovuşanda döyüşüb. Müharibə başlayan gündən döyüşlərə qatılıb. Qəhrəmancasına döyüşüb. Yaralı əsgərlərinə kömək edirdi. Hər zaman öndə olub.
Ata: Təhməzov İlqar Əlibaba oğlu Ana: Təhməzova Əsli Mahir qızı Qardaş : Təhməzov Elvin İlqar oğlu Bacı: Təhməzova Nailə İlqar qızı