Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Qərib
Rəşad Qərib oğlu Təhməzov 2002-ci ilin yanvar ayının 12-də Qobustan rayonunda dünyaya gəlib. 2020-ci ilin yanvar ayının 12-də 18 yaşı tamam olan Rəşad elə həmin ayın 24-də həqiqi hərbi xidmətə yola düşüb. Goranboy rayonunda, N saylı hərbi hissədə xidmət keçən Rəşad sonuncu dəfə sentyabrın 23-də ailəsi ilə telefon əlaqəsi yaradıb.
Azərbaycan Ordusunun əsgəri olan Rəşad Təhməzov sentyabrın 29-da Goranboy rayonu, Gülüstan kəndi istiqamətində hərbi əməliyyatlar zamanı digər növ partlayışlarla və qəlpələrlə törədilmiş zədələnmə nəticəsində həlak olub.
Şəhid Təhməzov Rəşad Qərib oğlu ölümündən sonra “Vətən uğrunda”, "Suqovuşanın azad olunmasına görə" və ”Cəsur döyüşçü" medalları ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Təhməzov Rəşad Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Ailəsi onun çox vətənpərvər olduğunu deyir. Hərbçi yoldaşları onun çox cəsur döyüşçü olduğunu, verilən bütün tapşırıqların öhdəsindən gəldiyini deyiblər. Vətənin keşiyində dayanmağı ilə fəxr edib. Yoldaşları onun şəhid olan məqamında üzündə təbəssüm olduğunu bildiriblər.
Ata: Təhməzov Qərib Rahman oğlu Ana: Təhməzova Güləbətin Rüstəm qızı Bacı: Təhməzova Rəvanə Qərib qızı