Təhməzov Şəmsəddin Sərvər
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Təhməzov Şəmsəddin Sərvər

Ata adı: Sərvər

🐣
Doğum — Masallı Güllütəpə kəndi
🕊️
Şəhadət — Ağdərə
📍
Dəfn Olunduğu Yer Masallı Güllütəpə kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Ağdərə

Təltif Edildiyi Orden və Medallar

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Şəmsəddin Təhməzov 2001-ci il martın 3-də Masallı rayonunun Güllütəpə kəndində anadan olub. Subay idi.
Azərbaycan Ordusunun əsgəri olan Şəmsəddin Təhməzov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Şəmsəddin Təhməzov oktyabrın 8-də Ağdərə istiqamətində şəhid olub. Masallı rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Şəmsəddin Təhməzov ölümündən sonra "Vətən uğrunda", “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Şəmsəddin Təhməzov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Anasının dedikləri: Oğlum mehriban, sakit, böyük-kiçik bilən zəhmətkeş idi. Arzusu ferma qurmaq idi.
BibisininTəhməzova Sumagülün dedikləri: Uşaqlıqdan hər kəsin hörmətini qazanan, böyük kiçik bilən, mehriban, səmimi, vətənpərvər uşaq idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Beyləqan şəhər 1 saylı tam orta məktəbi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Təhməzov Səlvər Elbəyi oğlu Ana: Təhməzova Sehranə Çuxan qızı Bacı: Təhməzov Aygün Sərvər qızı Qardaş: Təhməzov Şəhriyar Sərvər oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər