Teymurlu Mirrahil Ramiz
MAHHXHQ əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Teymurlu Mirrahil Ramiz

Ata adı: Ramiz

🐣
Doğum — Füzuli Birinci Mahmudlu kəndi
🕊️
Şəhadət — Füzuli
📍
Dəfn Olunduğu Yer Füzuli Birinci Mahmudlu kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Füzuli

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Mirrahil Teymurlu 1991-ci il oktyabrın 16-da Füzuli rayonunun Birinci Mahmudlu kəndində anadan olub. 1998-ci ildə Mahmudlu kənd tam orta məktəbinə daxil olmuşdur.
Mirrahil Teymurlu 2010-ci ildə Azərbaycan Silahlı Qüvvələrinə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2012-cu ildə xidmətini uğurla başa vurmuşdur. 2013-cü ildə Azərbaycan Respublikası Ərazilərin minalardan təmizlənməsi üzrə Milli Agentlik təşkilatının minaaxtarma vəzifəsində işə başlamışdır. 2018-ci ildə müddətdən artıq xidmət edən hərbi qulluqçusu kimi tank bölüyünün baş mexanik sürücüsü kimi xidmət etməyə başlamışdır.
Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu olan tankçı Mirrahil Teymurlu  2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan Vətən müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə savaşıb. Sentyabrın 27-də Füzuli döyüşlərində Mirrahil Teymurlu qəhrəmancasına vuruşaraq şəhid olmuşdur. Füzuli rayonu Mahmudlu  kənd qəbristanlığında dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Mirrahil Teymurlu ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Mirrahil Teymurlu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib. 

Xatirələrdə Yaşayan Şəhid:

Vətənpərvər, ailəcanlı, mülayim xarakterli, igid və cəsur insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Füzuli rayonu, Birinci Mahmudlu kənd tam orta məktəbi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Məmmədov Ramiz Teymur oğlu Ana: Məmmədova Xatirə Museyib qızı Qardaşı: Məmmədov Rövşən Ramiz oğlu Bacısı: Məmmədova Nigar Ramiz qızı Qardaşı: Məmmədov Rahib Ramiz oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər