Teymurov Elvin Mustafa
MAHHXHQ əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Teymurov Elvin Mustafa

Ata adı: Mustafa

🐣
Doğum — Babək Nehrəm kəndi
🕊️
Şəhadət — Füzuli
📍
Dəfn Olunduğu Yer Naxçıvan Nehrəm qəsəbə qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ əsgər
Qoşun Növü Xüsusi Təyinatlı Qüvvələr
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Şuşa ⚔️ Füzuli

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə
"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
Hərbi xidmətlərə görə medalı

Hərbi xidmətlərə görə medalı

Hərbi xidmətlərə görə
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Elvin Teymurov 20 may 1999-cu ildə Babək rayonunun Nehrəm kəndində dünyaya göz açmışdır. 2005-2016-cı illərdə orta təhsilini Nehrəm qəsəbəsində yerləşən Elşad Əliyev adın 2 saylı tam orta məktəbdə almışdır.
2017-2018-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 2020-ci ilin may ayından müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmət etmişdir.

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri olan Elvin Teymurov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 22 oktyabr 2020-ci ildə Füzuli döyüşlərində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Nehrəm qəsəbə qəbirstanlığında dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Elvin Teymurov ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medallları ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş  Elvin Teymurov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib. 

Xatirələrdə Yaşayan Şəhid:

Mərd,cəsur, vətənpərvər insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Nehrəm kənd Elşad Əliyev adına 2 nömrəli məktəb
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Teymurov Mustafa

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər