Umudlu Elmir Pərviz
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Umudlu Elmir Pərviz

Ata adı: Pərviz

🐣
Doğum — Şəki İnçə-Zunud kəndi
🕊️
Şəhadət — Xocavənd
📍
Dəfn Olunduğu Yer Şəki İnçə-Zunud kəndi
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Xocavənd ⚔️ Füzuli ⚔️ Cəbrayıl

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Umudlu Elmir Pərviz oğlu 25 mart 2001-ci ildə Şəki rayonunun İnçə kəndində anadan olub. 2007-ci ildə İnçə-Zunud kənd tam orta məktəbinin 1-ci sinfinə gedib. 1-ci sinfi bitirdikdən sonra yenidən valideynlərinin yaşadığı Bakı şəhərinə qayıdıb və VIII sinfə qədər orada təhsil alıb. Orta təhsilinin davamını yenidən Şəki rayonu İnçə-Zunud kənd tam orta məktəbində oxuyub. 2018-ci ildə İnçə-Zunud kənd tam orta məktəbini əla qiymətlərlə bitirib və həmin il də Sumqayıt Dövlət Universitetinin nəzdində olan Sumqayıt Dövlət Texniki Kollecində Nəqliyyat daşınmaların təşkili fakültəsinə qəbul olub.
2019-cu ilin aprel ayında Müdafiə Nazirliyinin «N» saylı hərbi hissəsində həqiqi hərbi xidmətə başlayıb. Hərbi xidmətini başa vurmağa 3 qalmış – 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi zamanı xidmət etdiyi hərbi hissənin tərkibində döyüşlərə qatılıb.
O, Cəbrayıl şəhərinin alınması uğrunda gedən döyüşlərdə xüsusi fərqlənib. Sonra Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərin iştirakçısı olub. Həmin döyüşlərdə yaralanmasına baxmayaraq, yenidən Xocavənd rayonunda gedən döyüşlərə qatılıb. 28 oktyabr 2020-ci ildə isə Xocavənd rayonunda gedən şiddətli döyüşlərin birində şəhidlik zirvəsinə ucalıb. Elmir Umudlu oktyabr ayının 31-də ata-baba yurdu olan Şəki rayonunun Zunud kənd qəbiristanlığında dəfn olunub.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş  Umudlu Elmir 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib. 

Xatirələrdə Yaşayan Şəhid:

Aktiv gənc olub. Ailəsinə bağlı mülayim, vətənpərvər idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb İnçə-Zunud kənd orta məktəbi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Umudlu Pərviz Nəriman oğlu Ana: Umudova Sənurə Eynulla qızı Qardaş: Umudlu Elnar Pərviz oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər