Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Nizami
Elməddin Vəkilov 1988-cu il avqustun 21-də Daşkəsəndə anadan olub. Daşkəsən rayonu İmaməddin Nəsimi 1 saylı adına tam orta məktəbi bitirib. Hərbi xidmət bitirdikdən sonra ordu sıralarına MAHHXHQ Baş əsgər kimi qayıdıb.
Azərbaycan Ordusunun baş əsgəri olan Elməddin Vəkilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Elməddin Vəkilov sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq itkin düşən hərbi qulluqçu hesab olunub. Onun tapılıb ailəsinə məlumat verilməsi üçün zəruri tədbirlər görülüb. Elməddin Vəkilovun nəşi 7 may 2021-ci ildə tapılıb və 8 may tarixində Daşkəsəndə dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Elməddin Vəkilov ölümündən sonra "Vətən uğrunda" və “Kəlbəcərin azad olunmasına görə” medalları, III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi.
Vətənpərvər, qoçaq, igid, cəsur, mərd birisi olub. Ailəsi ilə son danışığı zamanı anasına, “Əgər mən şəhid olsam başınızı dik tutun Vətənə borcumu layiqincə yerinə yetirirəm” - deyib. Yaşadığı ərazidə bütün qonşuların rəğbətini qazanan, hər birinin sevimlisi olub. Böyüklə böyük, kiçiklə kiçik kimi rəftar edərmiş.
Həyat yoldaşı : Əliyeva Aynur Vidadi qızı Atası: Vəkilov Nizami Nəcəf oğlu Anası: Vəkilov Nərgiz Hüseyn qızı Qardaşı: Vəkilov Eldəniz Nizami oğlu Qardaşı: Vəkilov Elvin Nizami oğlu