Vəlixanov Rövşən Aydın
MAHHXHQ əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Vəlixanov Rövşən Aydın

Ata adı: Aydın

🐣
Doğum — Tovuz Qaraxanlı kəndi
🕊️
Şəhadət — Kəlbəcər Murovdağ
📍
Dəfn Olunduğu Yer Tovuz Qaraxanlı kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Kəlbəcər

Təltif Edildiyi Orden və Medallar

Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Rövşən Vəlixanov 1994-cü il oktyabrın 15-də Tovuz rayonunun Qaraxanlı kəndində anadan olub. 2001–2012-ci illərdə F. Hüseynov adına Qaraxanlı kənd tam orta məktəbində təhsil alıb. Subay idi. Rövşən Vəlixanov 2012–2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Rövşən Vəlixanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rövşən Vəlixanov oktyabrın 2-də Murovdağ döyüşləri zamanı itkin düşüb. Dekabrın 18-də şəhid olduğu müəyyənləşib. Tovuz rayonunun Qaraxanlı kəndində dəfn olunub

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Rövşən Vəlixanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Rövşən Vəlixanov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Rövşən Vəlixanov ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Rövşən Vəlixanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Cəsur, vətənpərvər, qorxmaz insan olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Tovuz rayon Fariz Hüseynov adına Qaraxanlı kənd orta məktəbi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Vəlixanov Aydın Vəlixan oğlu Ana: Vəlixanova Rəfiqə Niyazalı qızı Qardaş: Vəlixanov Yaşar Aydın oğlu Qardaş: Vəlixanov Araz Aydın oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər