Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Fərhad
24 mart 2002-ci ildə Masallı rayonunun Viləş kəndində anadan olub. 2008-2017-ci illərdə Viləş kənd tam orta məktəbində təhsil alıb. Subay idi.
2020-ci ilin aprelində çağırışçı kimi «N» saylı hərbi hissəyə xidmətə yollanıb.
Azərbaycan Ordusunun əsgəri Balaqardaş Fərhad oğlu Vəliyev 27 sentyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Vətən müharibəsi zamanı torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə düşmənə qarşı döyüşüb. Balaqardaş Vəliyev 01.10.2020 tarixində Hadrut istiqamətində gedən döyüşlərin birində düşmənin snayper atəşi açması nəticəsində şəhid olmuşdur. Şəhidin nəşi 15 dekabr 2020-ci il tarixində doğulduğu Viləş kənd qəbiristanlığında torpağa tapşırılıb.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri Balaqardaş Fərhad oğlu Vəliyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilib.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri Balaqardaş Fərhad oğlu Vəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri Balaqardaş Fərhad oğlu Vəliyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Balaqardaş Fərhad oğlu Vəliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Qoçaq, cəsur, bacarıqlı, tərbiyəli bir igid olmuşdur. Orta məktəbdə oxuduğu vaxtda bütün ictimai işlərdə fəal iştirak etmişdir. Bir neçə idman yarışlarında yüksək nəticə əldə etmişdir.Yaşıdları arasında həmişə fəallığı ilə seçilmişdir. Anası öz xatirələrində oğlundan çox razı qaldığını qeyd edib.
Ata: Vəliyev Fərhad Qardaş oğlu Ana: Vəliyeva Çəməmgül Baba qızı Bacı: Vəliyeva Sevil Fərhad qızı Bacı: Vəliyeva Nüşabə Fərhad qızı Bacı: Vəliyeva Fidan Fərhad qızı