Vəliyev Əli Kamran
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Vəliyev Əli Kamran

Ata adı: Kamran

🐣
Doğum — Sumqayıt
🕊️
Şəhadət — Goranboy Kəhrilər xarabalığı
📍
Dəfn Olunduğu Yer Sumqayıt Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Tərtər

Təltif Edildiyi Orden və Medallar

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Şəhid Vəliyev Əli Kamran oğlu 2002-ci ildə, iyunun 15-də Sumqayıt şəhərində dünyaya gəlib. 27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib. O, Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda vuruşub, Goranboy rayonu istiqamətində gedən döyüşlərdə yaxından iştirak edib. 30.09.2020-ci ildə Goranboy rayonu Tapqaraqoyunlu kəndi, Kəhrilər xarabalığı istiqamətində düşmən tərəfindən odlu silahla və diğər silah növlərindən atılan mərminin partlayışı nəticəsində şəhid olub. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Vəliyev Əli Kamran oğlu ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" və ”Cəsur döyüşçü” və “Vətən uğrunda” medalları ilə təltif edilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Vəliyev Əli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Suqovuşanın azadlığı uğrunda qəhrəmancasına vuruşub. İtkin kimi uzun müddət tapılmayıb, nəşi neytral zonadan tapılandan sonra ailəsinə xəbər verilib.
Qəhrəmanlığına görə hər zaman seçilib, düşünmədən döyüşə atılırmış. Mərd oğlan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Sumqayıt şəhəri 13 saylı orta məktəb
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Nənəs: Vəliyeva Sara Cəmil qızı Atas: Vəliyev Kamran Əli oğlu Qardaş: Vəliyev Xalid Kamran oğlu Qardaş: Vəliyev Alı Kamran oğlu Qardaş: Vəliyev Kamal Kamran oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər