Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Əli
Elnur Vəliyev 1997-ci il aprelin 14-də Ucar şəhərində anadan olub. Elnur Vəliyev 2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Cəlilabad rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edirdi.
Azərbaycan Ordusunun leytenantı olan Elnur Vəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elnur Vəliyev oktyabrın 26-da Xocavənd döyüşləri zamanı şəhid olub. Ucar şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Vəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elnur Vəliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Elnur Vəliyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Elnur Vəliyev ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Elnur Vəliyev ölümündən sonra "Azərbaycan bayrağı" ordeni ilə təltif edildi.
Yaxınlarının dediklərinə əsasən, Elnur çox mədəni, səliqəli , yaraşıqlı oğlan idi. Onu tanıyanların sevimlisi idi, mehriban, ailəcanlı, cəsarətli, qorxmaz , məsuliyyətli zəhmətkeş idi. O, üç bacının tək qardaşı idi. Bacılarının cox güvəndiyi bir qardaş idi. Elnur uşaqlıqdan hərbiçi olmaq istəyirdi və öz arzusu ilə də hərbi məktəbə qəbul olmuşdu.
Ata: Vəliyev Əli Çoban oğlu Ana: Vəliyeva Nailə Əlisurət qızı Bacı: İbrahimova Lalə Əli qızı Bacı: Fərəcova Mehparə Əli qızı Bacı: Əliyeva Gülnarə Əli qızı