Vəliyev Məhəmməd Nail
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Vəliyev Məhəmməd Nail

Ata adı: Nail

🐣
Doğum — Masallı Çaxırlı kəndi
🕊️
Şəhadət — Qubadlı
📍
Dəfn Olunduğu Yer Masallı İmanlı kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Səfərbərlik
Döyüşlərdə İştirak:
⚔️ Qubadlı

Təltif Edildiyi Orden və Medallar

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
Qubadlının azad olunmasına görə medalı

Qubadlının azad olunmasına görə medalı

Qubadlının azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

27 iyun 1996-cı ildə Masallı rayonunun İmanlı kəndində anadan olub. 2003-cü ildə Binə Xocavar kənd tam orta məktəbinin birinci sinfinə daxil olub. 2014-cü ildə həmin məktəbi bitirib. Ailəli idi. İki uşağı var.
2014-cü ilin oktyabr ayında çağırışçı kimi hərbi xidmətə yollanıb. Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində xidmət edib. 2016-cı ilin aprel ayında ordu sıralarından tərxis olunub.

Azərbaycan Ordusunun əsgəri Məhəmməd Nail oğlu Vəliyev 27 sentyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərimizin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli və Qubadlı rayonları uğrunda gedən döyüşlərdə iştirak etmiş və Füzuli döyüşlərində şəhid olmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əsgəri Məhəmməd Nail oğlu Vəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əsgəri Məhəmməd Nail oğlu Vəliyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əsgəri Məhəmməd Nail oğlu Vəliyev ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Məhəmməd Nail oğlu Vəliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Həyat yoldaşının dedikləri – sevib ailə qurmuşduq Məhəmmədlə. Bu qısa müddət ərzində O, mənə gözəl həyat yoldaşı,uşaqlarına isə gözəl ata oldu. Ürəyi açıq,mehriban,zəhmətkeş,deyib gülən,xoş xasiyyət idi Məhəmməd ürəyimdən nə keçirdisə yerinə yetirirdi.
Qardaşının dedikləri – Uşaqlıqda bir yerdə çox oynayardıq. Məhəmmədin təbiətə böyük sevgisi vardı. Ağac-gül əkməyi çox xoşlayırdı. Boş vaxtlarında balıq tutur, ov ovlayırdı. Vaxtının çox hissəsini futbol oynayırdı kəndin uşaqları ilə.

Mərd, qorxmaz, cəsur insan olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Şəhid Nuriyev Bəşir adına Binə Xocavar tam orta məktəbi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Vəliyev Nail Xamməd oğlu Ana: Əliyeva Zümrüd Əyyub qızı Qardaş: Vəliyev Qadir Nail oğlu Bacı: Vəliyeva Birliyant Naib qızı Qardaşı: Vəliyev Alim Nail oğlu Bacısı: Vəliyeva Mənzər Nail qızı Həyat yoldaşı: Əliyeva Vəfa Fuad qızı Qızı: Vəliyeva Xədicə Məhəmməd qızı Oğlu: Vəliyev Həsən Məhəmməd oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər