Vəliyev Qoşqar Nuruş
MAHHXHQ əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Vəliyev Qoşqar Nuruş

Ata adı: Nuruş

🐣
Doğum — Füzuli Kərimbəyli kəndi
🕊️
Şəhadət — Şuşa
📍
Dəfn Olunduğu Yer Füzuli Kərimbəyli kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Xocavənd ⚔️ Füzuli ⚔️ Şuşa

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə
"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı

III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı

"Hərbi xidmətdə fərqlənməyə görə" medalı
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Qoşqar Vəliyev 12 aprel 1989-cu ildə Füzuli rayonunun Kərimbəyli kəndində anadan olmuşdur. Qoşqar Vəliyev 2010-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu idi. 2010-2013-cü illərdə Daşkəsən rayonunda yerləşən "N" saylı hərbi hissədə, 2013-cü ildən Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edirdi.

Qoşqar Vəliyev 2016-cı ilin aprelin 2-dən 5-nə qədər davam edən Aprel döyüşlərində yaxından vuruşmuş, fərqlənmişdir.

Azərbaycan Ordusunun əsgəri olan Qoşqar Vəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində tankçı olaraq iştirak etmişdir. Füzulinin, Cəbrayılın və Xocavəndin azadlğı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 2020-ci ilin oktyabrında tank partlaması zamanı aldığı kəllə-beyin travmasına görə xəstəxanaya yerləşdirilmişdir. Müalicəsini 20-ci gündə yarımçıq qoyan əsgər Vəliyev döyüş meydanına qayıtmışdır. Qoşqar Vəliyev 22 noyabr 2020-ci ildə Şuşa şəhərinin yaxınlığında qarşı tərəfin texnikasını götürməyə getdiyi zaman avtoqəza zamanı şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qoşqar Vəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Qoşqar Vəliyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Qoşqar Vəliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Qoşqar Vəliyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Qoşqar Vəliyev ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Qoşqar Vəliyev ​ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Qoşqar Vəliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Atasına və anasına çox bağlı və ailə canlı insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Kərimbəyli kənd Əkrəm Səlimov adına tam orta məktəb
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Həyat yoldaşı: Vəliyeva Nubar Valeh qızı Oğlu: Vəliyev Nürəddin Qoşqar oğlu Qızı: Vəliyeva Ayşə Qoşqar qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər