Vəliyev Ramazan Hilal
MAHHXHQ çavuş
🇦🇿 Azərbaycan Şəhidi

Vəliyev Ramazan Hilal

Ata adı: Hilal

🐣
Doğum — Türkmənistan Aşqabad şəhər
🕊️
Şəhadət — Şuşa
📍
Dəfn Olunduğu Yer Masallı Şərəfə kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ çavuş
Qoşun Növü Daxili Qoşunlar
Xidmət Növü Könüllü
Döyüşlərdə İştirak:
⚔️ Şuşa

Təltif Edildiyi Orden və Medallar

Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda

Həyat Yolu və Şəhadət Tarixçəsi

Ramazan Vəliyev 1995-ci il iyunun 18-də Türkmənistanın Aşqabad şəhərində anadan olmuşdur. Əslən Masallı rayonunun Şərəfə kəndindəndir. 2002-2013-cü illərdə şəhid Qəhrəman İsmayılov adına Masallı rayon Şərəfə kənd tam orta məktəbində təhsil almışdır. Təhsilini 2013-2015-ci illərdə Azərbaycan Dövlət Dəniz Akademiyası nəzdində Azərbaycan Dənizçilik Kollecində başa vurmuşdur. Subay idi.
Ramazan Vəliyev 2015-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. 2019-cu ilin noyabrından Azərbaycan Daxili Qoşunlarında "çavuş" rütbəsində müddətdən artıq xidmət edirdi.

Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Ramazan Vəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin, Xocavəndin, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Ramazan Vəliyev müharibə bitdikdən sonra Şuşa şəhərində xidmətini davam etdirmiş, 29 noyabr 2020-ci ildə Şuşa istiqamətində şəhid olmuşdur. 1 dekabr 2020-ci ildə Masallı rayonunun Şərəfə kəndində dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramazan Vəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

Bacısının dedikləri – qürurlu, zəhmətkeş, böyük-kiçik yeri bilən, mehriban, bacılarının qayğısına qalan bir qardaş idi.
İş yoldaşı Dadaş deyir ki, bir otaqda qalırdıq, səmimi, təmiz qəlbi var idi. Dostuna görə öz canını verərdi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Şəhid Qəhrəman İsmayılov adına Ağakişibəyli tam orta məktəbi
İş Yeri Azərbaycan Daxili Qoşunları
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Vəliyev Hilal Vəli oğlu Ana: Vəliyeva Nüşabə Vaqif qızı Bacı: Qasımlı Tamara Hilal qızı Bacı: Kərimova Aytac Hilal qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər