Vəliyev Vüqar Emin
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Vəliyev Vüqar Emin

Ata adı: Emin

🐣
Doğum — Ağdam Rzalar kəndi
🕊️
Şəhadət — Tərtər Suqovuşan
📍
Dəfn Olunduğu Yer Ağdam Rzalar kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Səfərbərlik
Döyüşlərdə İştirak:
⚔️ Tərtər

Təltif Edildiyi Orden və Medallar

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Vəliyev Vüqar Emin oğlu 22 oktyabr 1995-ci ildə Ağdam rayonunun Rzalar kəndində anadan olmuşdur. 2002-ci ildə Ağdam rayon Rzalar kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olub və 2013-cü ildə həmin məktəbin 11-ci sinfini yüksək qiymətlərlə bitirib. 

2013-2017-ci illədə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ali təhsil almışdır. 2019-cu ildə Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanında müvəffəqiyyətlə iştirak etmiş və Quzanlıda yerləşən Ağdam rayon 18 nömrəli köçkün tam orta məktəbinə idman müəllimi kimi qəbul olmuşdur.
2017-2018-ci illərdə həqiqi hərbi xidmətə olmuşdur.

Azərbaycan Ordusunun əsgəri olan Vüqar Vəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan qəsəbəsi istiqamətində gedən döyüşlərdə vuruşmuşdur. 17 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan qəsəbəsi yaxınlığında xidməti vəzifəsini yerinə yetirərkən şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar Vəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vüqar Vəliyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Vüqar Vəliyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Vüqar Vəliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Ailəcanlı, ailəsinə bağlı, vətənpərvər, qorxmaz, cəsur gənc olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Ağdam rayonu Rzalar kənd tam orta məktəbi
Ali Təhsil Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyası
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Anası: Vəliyeva Gülzadə İxtiyar qızı Bacısı: Vəliyeva Gülnar Emin qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər