Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Bayraməli
Faiq Vəlizadə 1997-ci il fevralın 1-də Zərdab rayonunun Əlicanlı kəndində anadan olub.
Azərbaycan Ordusunun giziri olan Faiq Vəlizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Faiq Vəlizadə oktyabrın 17-də Suqovuşan döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Faiq Vəlizadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Faiq Vəlizadə ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Faiq Vəlizadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Ailəcanlı idi, ana-atasının hörmətini daim saxlayırdı, gülərüz idi. Qayğı göstərən, zarafatcıl idi.
Ata: Hacağayev Bayraməli Vəli oğlu Ana: Hacağayeva Göyçək Abdulla qızı Qardaş: Vəlizadə Azad Bayraməli oğlu Həyat yoldaşı: Quliyeva Rəqsanə Qurbanəli qızı Oğlu: Vəlizadə Ömər Faiq oğlu Oğlu: Vəlizadə Əli Faiq oğlu Bacı: Əzizova Dilarə Bayraməli qızı Bacı: Mustafayeva Dilşad Bayraməli qızı