Vəlizadə İbrahim Malik
Leytenant
🇦🇿 Azərbaycan Şəhidi

Vəlizadə İbrahim Malik

Ata adı: Malik

🐣
Doğum — Babək Yarımca kəndi
🕊️
Şəhadət — Tərtər Suqovuşan
📍
Dəfn Olunduğu Yer Babək Yarımca kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Leytenant
Qoşun Növü Xüsusi Təyinatlı Qüvvələr
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Kəlbəcər ⚔️ Tərtər

Təltif Edildiyi Orden və Medallar

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Rəşadət" ordeni

III dərəcəli "Rəşadət" ordeni

"Rəşadət" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

İbrahim Vəlizadə 1997-ci il aprelin 2-də Babək rayonunun Yarımca kəndində anadan olub. 2003-2011-ci illərdə Yarımca kənd tam orta məktəbində, 2011-2014-cü illərdə isə Heydər Əliyev adına Naxçıvan Hərbi Liseyində təhsil alıb. 2014-2018-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. AAHM-in Quru Qoşunları fakültəsini və Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin "Zabit ixtisas kursu"nu bitirib. Azərbaycan Respublikası Müdafiə nazirinin 19 iyun 2018-ci il tarixli əmri ilə ona "leytenant" hərbi rütbəsi verilib. Həmin ilin noyabrında Naxçıvana gələrək ailə həyatı qurub və bir neçə gün sonra hərbi xidmətə qayıdıb. Şəhid Vəlizadə İbrahimin bir oğlu yadigar qalıb.
İbrahim Vəlizadə 2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, Tərtər şəhərində yerləşən "N" saylı hərbi hissədə, xüsusi təyinatlı kəşfiyyat bölüyündə qrup komandiri vəzifəsində xidmət edib.
Azərbaycan Ordusunun leytenantı olan İbrahim Vəlizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ və Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Sentyabrın 27-də "Murovdağ-3340" yüksəkliyinin azad edilməsində böyük fədakarlıq və qəhrəmanlıq göstərən İbrahim Vəlizadə orada 4 gün yoldaşları ilə birlikdə ac-susuz qalaraq Azərbaycan bayrağını qoruyub və düşmənin əks-hücumlarını mərdliklə dəf edib. Oktyabrın 1-də səhhətindəki nasazlıqlar və yaralanma səbəbindən hərbi hospitala yerləşdirilən İbrahim əvvəlcə Naftalana, sonra Göyçaya aparılıb. O, həkimlərin israrına baxmayaraq, "Gizirim şəhid olub, əsgərlərim başsız qalıb" deyərək oktyabrın 3-də yenidən döyüş meydanına qayıdıb. Növbəti tapşırıqla Suqovuşan ətrafındakı yüksəkliklərin azad edilməsinə yollanan qrup komandiri oktyabrın 6-da mühüm strateji məntəqə olan "951" yüksəkliyi uğrunda gedən şiddətli döyüşlərdə yaralanan yoldaşını atəş altından çıxararkən iki dəfə snayper gülləsinə tuş gələrək qəhrəmancasına şəhid olub.

Ərazidə ağır döyüşlər getdiyindən onunla birlikdə bir neçə şəhidin nəşi uzun müddət götürülə bilməyib. Müharibə başa çatdıqdan sonra - nəhayət, o, noyabr ayının sonlarında götürülüb və ayın 30-da Babək rayonu Yarımca kəndinə gətirilərək böyük izdihamın müşayiəti ilə kənd qəbiristanlığında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, İbrahim Vəlizadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, İbrahim Vəlizadə ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən, İbrahim Vəlizadə ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən, İbrahim Vəlizadə ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Mərd, cəsur insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Heydər Əliyev adına Naxçıvan hərbi lisey
Ali Təhsil Heydər Əliyev adına Ali Hərbi Məktəb
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Vəlizadə Malik Həyat yoldaşı: Vəlizadə Billur Oğlu: Vəlizadə Fərid İbrahim oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər