Vəlizadə Kamran Əkpər
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Vəlizadə Kamran Əkpər

Ata adı: Əkpər

🐣
Doğum — Lənkəran Nərimanabad qəsəbəsi
🕊️
Şəhadət — Qubadlı
📍
Dəfn Olunduğu Yer Lənkəran Nərimanabad qəsəbə qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Səfərbərlik
Döyüşlərdə İştirak:
⚔️ Qubadlı

Təltif Edildiyi Orden və Medallar

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
Qubadlının azad olunmasına görə medalı

Qubadlının azad olunmasına görə medalı

Qubadlının azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Kamran Vəlizadə 14 sentyabr 1996-cı ildə Lənkəran rayonunun Nərimanabad qəsəbəsində anadan olmuşdur. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin energetika fakültəsini bitirmişdir. Azərenerji ASC-də imtahandan keçmiş və 2020-ci ildə Bakı İstilik Elektrik Mərkəzində işləmişdir.

Azərbaycan Ordusunun əsgəri olan Kamran Vəlizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak etmişdir. Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Kamran Vəlizadə 23 oktyabr 2020-ci ildə Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamran Vəlizadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamran Vəlizadə ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamran Vəlizadə ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Kamran Vəlizadə ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Kamran Vəlizadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Sakit, gülərüz, mehriban, ata-anasına bağlı bir insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Lənkəran şəhər, Nərimanabad qəsəbə orta məktəbi
Ali Təhsil Azərbaycan Dövlət Neft Akademiyası
İş Yeri Azərenerji
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Vəliyev Əkbər Bahadır oğlu Ana: Vəliyeva Elnurə Namiq qızı Bacı: Vəlizadə Rufanə Əkbər qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər